Azərbaycanda keçmiş polis NARKOTİKLƏ TUTULDU
Şirvanda narkotik alverçiləri həbs edilib. Şirvan Şəhər Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində 1971-ci il təvəllüdlü şəhər sakini Hacıbabayev Rövşən Hacıağa oğlunun üzərindən iki ədəd bükülmüş ümumi çəkisi 2,957 qram çəkidə narkotik maddə olan heroin götürülüb. Saxlanılan şəxs narkotik vasitəni Şirvan şəhər sakini İmanov Lətif İzzət oğlundan aldığını bildirib. Lətif İmanovun yaşadığı mənzilə baxış keçirilən zaman 14,299 qram çəkidə narkotik vasitə olan heroin, 2,554 qram çəkidə narkotik vasitə olan tiryək götürülüb.
Lətif İmanov saxlanılan zaman üzərindən 0,233 qram çəkidə narkotik vasitə olan heroin olub.
Qeyd edək ki, Lətif İmanov əvvələr Dövlət Yol Polisində inspektor vəzifəsində çalışıb. Narkotik aludəçisi olduğu üçün işdən kənarlaşdırılıb.
Hər iki şəxs barəsində həbsqətimkan tədbiri seçilib və istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib