Gəlinə işgəncə verən ailə üzvləri məhkəmə qarşısında
Astara Rayon Məhkəməsində gəlini Qutamə Rükiyevaya işgəncə verməkdə təqsirləndirilən Malik Nabatovun, arvadı Mirvari Şahmuradovanın və oğlu Afiyəddin Nabatovun cinayət işi üzrə məhkəmə keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hakim İsmayıl Abdurəhmanlının sədrliyi ilə keçirilən poresesdə təqsirləndirilən şəxslər onların müdafiəçilərinin iştirakı ilə dindirilib. Məhkəmədə həmçinin şahidlərin ifadələri alınıb. Təqsirləndirilən şəxslər törətdikləri əməli qismən etiraf ediblər. Zərərçəkən hər xırda şeyə görə mütəmadi olaraq, döyüldüyünü əsas gətirir: "Mənim əlimi-ayağımı bağlayıb, döyürdü".
Məhkəmədə daha bir neçə şahidin iştirakı təmin olunmadığı üçün növbəti poreses qeyri-müəyyən müddətə təxirə salınıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1268
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1299
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1256
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1297
Niderlanda yeni səfir təyin edildi
18:28
1153
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2037