NATO konvoyuna hücum: 6 ölü
Əfqanıstanın paytaxtı Kabildə NATO konvoyuna edilən hücum nəticəsində 6 nəfər ölüb, 7 mülki şəxs isə yaralanıb. Hücum partlayıcı quraşdırılmış avtomobillə həyata keçirilib.
NATO partlayış zamanı ölənlərdən 2-sinin müqavilə ilə xidmət keçdiyini açıqlayıb. Lakin hücum qurbanlarının adları və hansı ölkənin vətəndaşı olduqları barədə məlumat verilməyib.
Kabil polisi terror aktını həyata keçirən şəxsin də öldüyünü bildirib və partlayışa görə, Taliban hərəkatını ittiham edib.
Partlayışa görə məsuliyyəti "Hizb-i İslami" qruplaşması öz üzərinə götürüb.
Ötən il Əfqanıstanda terror aktları nəticəsində rekord sayda adam ölüb. Təxmini hesablamalara görə, 2013-cü ildə bu ölkədə 3000-dən artıq adam həlak olub.
Bu il ABŞ və onun NATO-dakı müttəfiqlərinin Əfqanıstandakı əməliyyatının hərbi mərhələsi başa çatır. Alyans ilin sonunadək qoşunları bu ölkədən çıxarmağa hazırlaşır. Bundan sonra Əfqanıstanda yerli polis və orduya təlim keçmən üçün bir neçə min amerikalı hərbçi qalmalıdır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib