Beynəlxalq axtarışda olan Şəki sakini Əfqanıstanda öldürülüb
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışda olan şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Şəki rayon sakini, 36 yaşlı Azar Yusubov koalisiya qüvvələri tərəfindən öldürülüb. O, silahlı qrupolaşma daxilində “Seyfuddin” ləqəbi ilə tanınırmış.
A. Yusubovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib. Məlumata görə, A. Yusubov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.
Qeyd edək ki, APA bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan daha bir azərbaycanlının Suriyada öldürülməsi barədə məlumat yayıb. Xudat şəhər sakini olan 39 yaşlı Urfan Ağcabəyov da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib