Bakının mərkəzində zəncirvari qəza: PROSPEKT BAĞLANDI
Bakıda Heydər Əliyev prospektində zəncirvari qəza baş verib. Prospektlə hərəkət edən "99 FA 270" dövlət nömrə nişanlı, "Mercedes Benz" "10 CX 868" dövlət nömrə nişanlı "VAZ 2107" ilə toqquşub. Toqquşmanın təsirindən "VAZ 2107" qarşıda hərəkət edən "99 BB 858" dövlət nömrə nişanlı "Mercedes Benz"ə çırpılıb.
Hadisə nəticəsində "VAZ 2107"də sərnişinlərdən biri xəsarət alıb. Yaralı təcili yardım vasitəsi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürücülərdən birinin içkili olması və avtomaşını sürətlə idarə etməsi olub.
APA TV-nin xəbərinə görə, qəza nəticəsində Heydər Əliyev prospektində tıxac yaranıb.
Avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra prospektdə nəqliyyatın hərəkəti təmin olunub. Faktla bağlı Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib