61 yaşlı kişi dəm qazından zəhərləndi
Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə Mingəçevir şəhəri, Xətai küçəsi 7, mənzil 18-də qeydə alınıb. Həmin ünvanda yaşayan 61 yaşlı Gündüz İsmayılov hamam otağında olarkən su qızdırıcısının düzgün quraşdırılmaması səbəbindən içəriyə dlan dəm qazının təsiri nəticəsində huşunu itirərək yerə yıxılıb. Hadisədən tez xəbər tutan ailə üzvləri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət ediblər. Gündüz İsmayılov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
OXŞAR XƏBƏRLƏR
17:21
1309
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1340
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1294
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1301
Niderlanda yeni səfir təyin edildi
18:28
1159
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2042