Meyvəyə xeyir edir, bəs insana?
Qarlı və şaxtalı hava Qubada kənd sakinlərinin ürəyincədir. Təsərrüfatçılar belə havanın istər bağçılıq, istərsə də əkinçiliyə ancaq müsbət təsiri olacağını deyirlər. Hazırda Qubanın alma bağlarında budama prosesinin əsl vaxtıdır. Bağbanların sözlərinə görə, bu iş marta kimi yekunlaşmalıdır. Şaxtalı hava ilk növbədə torpaqda və ağaclarda olan ziyanvericiləri məhv edir. Bu da fermerlərin yazda zərərvericilərə qarşı dərman preparatlarından az istifadə etməsi deməkdir. Mütəxəssislər bildirir ki, soyuqların mart ayının ortalarına kimi davam etməsi kənd təsərrüfatına ziyan vurmayacaq. Quba Regional Hidrometeorologiya müəssisəsinin proqnozları regionda şaxtalı hava şəraitinin hələ davam edəcəyini bildirir.
OXŞAR XƏBƏRLƏR
17:21
1327
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1357
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1311
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1302
Niderlanda yeni səfir təyin edildi
18:28
1160
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2042