AZƏRBAYACNIN MÜDAFİƏ NAZİRİ ERMƏNİSTANLA HƏMSƏRHƏDDƏ
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 7-də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. APA TV-nin xəbərinə görə, səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov və digər yüksək rütbəli zabitlər müşayiət ediblər. Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Tovuz rayonunun Əlibəyli kəndində olub, sakinlərlə görüşərək, onların qayğıları və problemləri ilə maraqlanıb. Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanışlıq olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüş keçirilib. Bir qrup hərbçiyə medal və qiymətli hədiyyələr təqdim edilib. General-polkovnik Zakir Həsənov müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib