Göyçayda güclü yanğın
Göyçayda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Rayon yanğından mühafizə hissəsindən verilən məlumata görə hadisə Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakini Xadimi Əsgər Qorxmaz Məmmədhəsən oğluna məxsus ümumi sahəsi 81 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. APA TV xəbər verir ki, hadisə zamanı mənzil və içindəki əşyalar, eləcə də evin yanındakı yardımçı tikilinin 20 kvadratmetrlik hissəsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisəyə elektrik naqilində baş verən qısa qapanmanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1359
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1392
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1343
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1304
Niderlanda yeni səfir təyin edildi
18:28
1162
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2044