Müdafiə Nazirliyindən uzun müddət ləngiyən qanun layihələrinə müsbət rəy
Azərbaycan Milli Məclisi ötən illər ərzində Müdafiə Nazirliyinin rəyi olmaması səbəbindən müzakirəsi ləngidilən iki qanun layihəsinə artıq nazirlikdən rəy alıb. APA-nın xəbərinə görə, bunlar “Hərbi qulluqçuların statusu haqqında” və “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihələridir. Layihələr artıq yaz sessiyasının iş planına daxil edib.
Hər iki sənədin müzakirəyə çıxarılması üçün bütün aidiyyəti güc strukturları rəy versə də, Müdafiə Nazirliyi rəyini gecikdirirdi. Nazirliyin rəhbərliyində baş verən dəyişiklikdən sonra həyata keçirilən islahatlar sırasında bu sənədlərə müsbət rəy verilməsi də var.
APA TV xəbər verir ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsində hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələləri əksini tapıb. Digər güzəştlərlə yanaşı, hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi də təkliflər arasındadır. “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsində isə əlavə hərbi birləşmələrin yaradılmasına zəmin yaradacaq müddəalar yer alır.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı