ERMƏNİSTAN BOŞALIR
2013-cü ildə 32 min 205 nəfər Ermənistanı tərk edib. Bu məlumatı Ermənistan Milli Statistika Xidməti yayıb. Bildirilib ki, bu rəqəm ölkəyə gələn və gedən insanlar arasındakı fərqi göstərmir. Bu göstərici məhz 2013-cü ildə Ermənistandan gedən və bir daha geri qayıtmayan insanların sayıdır.
APA TV xəbər verir ki, Ermənistanda emiqrantların sayı 2008-ci ildən kəskin artmağa başlayıb və 2010-cu ildə pik həddə çatıb. Ümumilikdə, ekspertlər ölkədən çıxanların sayının yüksəlməsini iqtisadi durum ilə bağlayırlar. Emiqrantların sayının kəskin artması 2008-ci il 1 mart hadisələri ilə də əlaqələndirilir.
2002-2007-ci illərdə Ermənistanda iqtisadi artım müşahidə olunduğundan bu ölkəyə gələnlərin sayının gedənlərdən 20 min çox olduğu deyilir. Lakin bütün hallarda bəzi ekspertlər bu rəsmi rəqəmlərin real rəqəmlərə nisbətən şişirdildiyini bildirib.
2008-ci ildən 2013-cü ilə qədər Ermənistandan gedənlərin sayı 203 min nəfərdən çox olub.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib