Astarada qəza: 1 ölü
Astara rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Ələt-Astara yolunun Maşxan kəndindən keçən hissəsində qeydə alınıb. Astara rayonunun Kijəbə qəsəbə sakini, Nizami Abdulla oğlu Rəsulov idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə yolu keçmək istəyən Astaranın Maşxan kənd sakini, 1941-ci il təvəllüdlü Ağaxanım Bayraməli qızı Rəhimovanı vurub. A.Rəhimova aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. İlkin versiya kimi qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan avtotexniki ekspertizanın nəticələrindən sonra məlum olacaq
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1375
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1412
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1358
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1308
Niderlanda yeni səfir təyin edildi
18:28
1164
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2046