Zaqatalada yanğın: AZYAŞLILAR XİLAS EDİLDİ
Zaqatalada yaşayış evində yanğın baş verib. APA TV-nin xəbərinə görə, yanğın rayonun Nəriman Nərimanov küçəsində, Nəbiyeva Gülşən Məhəmməd qızının yaşadığı ikimərtəbəli fərdi yaşayış evinin çardaq hissəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı evdə olan azyaşlı uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 45 kv/m sahəsi yanaraq yararsız hala düşüb.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək evin ikinci və birinci mərtəbələrinə keçməsinin qarşısı alınıb. İlkin ehtimallara görə, yanğına səbəb, evin hamamının tüstü-bacasından çıxan qığılcımlar olub. Qeyd edək ki, yanğın olan evdə Gülşən Nəbiyeva ilə birlikdə onun iki qardaşı da öz ailələri ilə birlikdə yaşayır.
Fakla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib