9,5 milyon nəfər olduq
Ötən il Azərbaycanda əhalinin sayı artaraq 9 milyon 477 min nəfərdən bir qədər çox olub. Bu barədə APA TV-yə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) mətbuat xidmətindən məlumat verilib. Ötən il 172 600 uşaq doğulub. Boşanmaların sayı 11 849, nikahların sayı isə 86 594 olub. Əcnəbi vətəndaşlarla nikahların sayı 2780, boşanmaların sayı isə 211 olub. Bağlanmış nikah müqavilələrinin sayı 71-dir. Bu, 2012-ci illə müqayisədə bir qədər çoxdur. Məlumatda məişət zorakılığı ilə bağlı rəqəmlərin də aşağı düşdüyü qeyd olunub. Komitədən bildirilib ki, bununla bağlı faktlar yarıbayarı azalıb. Erkən nikahlarla bağlı isə hələ ki, dəqiq rəsmi məlumat yoxdur. Uşaq intiharlarının sayı da artaraq 71 fakt olub.
OXŞAR XƏBƏRLƏR
17:21
1375
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1412
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1358
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1308
Niderlanda yeni səfir təyin edildi
18:28
1164
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2046