Suriyada daha 3 AZƏRBAYCANLININ ÖLÜM XƏBƏRİ GƏLDİ
Suriyada daha üç Azərbaycan vətəndaşı öldürülüb. APA-nın xəbərinə görə, bu barədə Əsədə qarşı döyüşən silahlı qruplara məxsus saytlar məlumat yayıb. Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılar hökumət qüvvələri tərəfindən öldürülüb.
Silahlılar həmin şəxslərin fotolarını da yayıblar.
Öldürülən azərbaycanlılardan ikisinin kimliyi açıqlanmasa da, digərinin adının Urfan olduğu bildirilir. Məlumata görə, Urfanın daha bir qardaşı isə bir neçə il əvvəl Əfqanıstanda öldürülüb.
APA TV xəbər verir ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosunu silahlılar sosial şəbəkələrdə yayıblar.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib