Ukraynada tərəflər razılığa gələ bilmir, AKSİYALAR DAVAM EDİR
Ukrayna parlamentinin ötən günki iclası nəticəsiz başa çatıb. Ali Radadakı axşam debatları cəmi 20 dəqiqə davam edib. APA TV-nin xəbərinə görə, müxalifət prezidentin hüquqlarını məhdudlaşdıran, parlamentin səlahiyyətlərini isə genişləndirən 2004-cü il konstitutsiyasına qayıdışı tələb edir. Bundan başqa, prezident Viktor Yanukoviçin istefasını istəyən müxalifət qüvvələri etiraz aksiları zamanı həbs edilənlərlə bağlı geniş amnistiyaya ümid edir.
Kommunist deputatlar isə Ukraynanın federativ respublika elan edilməsi təklifini irəli sürüblər. Onlar bəyan ediblər ki, bu gün demokratyadan daha çox danışanlar üzündən ölkədə real vətəndaş müharibəsi təhlükəsi yaranıb.
Maydanda etiraz aksiyası davam edir. Son günlər Ukrayna paytaxtında sabitlik hökm sürür. Müxalifət prezident Viktor Yanukoviçin kimi baş nazir təyin edəcəyini səbirsizliklə gözləyir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib