Rusiyada azərbaycanlı "qanuni oğru" İLQAR ÇILDIRLI MAŞININDA QƏTLƏ YETİRİLDİ
Rusiyada daha bir "qanuni oğru" öldürülüb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qətl hadisəsi paytaxt Moskvanın şimalında qeydə alınıb. Ərazidə patrul xidməti göstərən polislər Petrovsk-Razumovsk keçidinin yanında qaraja çırpılaraq dayanan və qapıları açıq olan xarici avtomobil görüblər. Avtomobilə yaxınlaşan polislər onun içərisində qətlə yetirilmiş "qanuni oğru" Çıldırlı İlqar Zahir oğlunun meyitini aşkar ediblər.
Hadisə şahidlərinin bildirdiyinə görə, keçidin yanında bir avtomobil digərini sıxışdırıb. Nəticədə İlqar Çıldırlı idarəetməni itirərək qaraja çırpılıb. Qatillər iki nəfər olub və onlar avtomobildə olan "qanuni oğru"ya dayanmadan atəş açıblar.
Gürcüstan vətəndaşı İlqar Çıldırlı kriminal dairələrdə xüsusi çəkiyə malik insan olub. İlkin ehtimala görə, qətlə səbəb yaxınlarda ona "qanuni oğru" adının verilməsi olub.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib