Göyçayda 24 YAŞLI OĞLAN FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Göyçay rayonunda ağır yol qəzası baş verib. Hadisə Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Cəyirli kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Məhəmməd Paşa oğlunun idarə etdiyi 10 HM 700 dövlət nömrə nişanlı, “VAZ 21015” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarında dayanan traktora çırpılıb.
APA TV-nin xəbərinə görə, hadisə nəticəsində Məhəmməd Abışov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1443
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1487
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1428
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1313
Niderlanda yeni səfir təyin edildi
18:28
1168
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2050