Zaqatalada ev yanaraq külə döndü
Zaqatalada yaşayış evi yanaraq külə dönüb. APA. TV-nin məlumatına görə, hadisə fevralın 1-də gecə saat 22 radələrində rayonun Suvagil kəndində, Əmirov Nəriman Məhəmməd oğluna məxsus, ümumi sahəsi 90 kv/m olan, birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Nəriman Əmirova məxsus üç otaqlı ev içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahiblərindən xəsarət alan olmayıb. İlkin ehtimallara görə, yanğına elektrik naqillərində olan qısaqapanma səbəb olub. Fakla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1466
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1511
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1451
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1315
Niderlanda yeni səfir təyin edildi
18:28
1170
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2052