Ukrayna müxalifəti AMNİSTİYA QANUNUNDAN İMTİNA ETDİ
Ukraynada müxalifət prezident Viktor Yanukovicin imzaladığı amnistiya qanunu qəbul etmir.
APA TV-nin xəbərinə görə, qanunda göstərilib ki, müxalifət 15 gün ərzində hökumət binalarını azad edəcəyi va yolları açacağı təqdirdə kütləvi aksiyalar zamanı həbs edilənlər cinayət məsuliyyətindən azad ediləcəklər.
Qanunun imzalanmasından sonra müxaliflərin Qruşevski küçəsində və Azadlıq meydaninda qurulan düşərgələri daha da gücləndirilib.
Bəziləri hadisələrə ordunun qarışmasından ehtiyat edir.
"Avtomaydan" lideri Dmitri Bulatov çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, naməlum şəxslər tərəfindən qaçırılaraq işgəncələrə məruz qaldığını, sonra isə meşəyə atıldığını deyib. Ukrayna Daxili İşlər Nazirliyi isə Bulatovu kütləvi aksiya və iğtişaşlarının təşkilində şübhəli bilir.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı