Gəncədə gənclərlə görüş keçirilib
Gənclər Günü münasibəti ilə Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə gənclərin görüşü keçirilib. Elmar Vəliyev bildirib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün xeyli sayda qanunlar, hüquqi aktlar və dövlət proqramları qəbul olunub. Qeyd olunub ki, bu gün Azərbaycan gənclərinin səsi dünyanın bir çox ölkələrinin ən mötəbər beynəlxalq kürsülərindən gəlir. Hazırda Gəncədə 20 mindən çox tələbə təhsil alır. Onlar şəhərin ictimai-mədəni, iqtisadi həyatında yaxından iştirak edirlər.
Daha sonra Gəncə şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və Ali Məktəblərin Tələbə Gənclər Təşkilatlarının sədrləri çıxış edərək, bütün gəncləri Gənclər günü münasibətilə təbrik ediblər. Şəhər rəhbərliyi onların arzu və təkliflərini dinləyib, təkliflərin reallaşdırılması üçün müvafiq təşkilatlara tapşırıqları verilib. Tədbir çərçivəsində ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib