Ukraynada hərbçilərdən Yanukoviçə SƏRT MESAJ!
Ukrayna hərbçiləri prezident Viktor Yanukoviçi ölkədə vəziyyətin sabitləşməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyə çağırıblar. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib. “Ukrayna Müdafiə Nazirliyinin aparatında çalışan və xidmət keçən Silahlı Qüvvələrin hərbi qulluqçuları və əməkdaşları öz vətəndaşlıq mövqeyini ifadə edərək, Ali Baş Komandanı ölkədəki vəziyyətin sabitləşməsi və cəmiyyətdə razılaşmanın əldə olunması üçün mövcud qanunvericilik çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirməyə çağırıblar”.
Qeyd edək ki, yanvarın 27-də Ukraynanın müdafiə naziri Pavel Lebedev bəyan edib ki, Silahlı Qüvvələr ölkədəki münaqişəli vəziyyətə qarışmır və onun həllində iştirak etmək niyyətində deyil. O, bəzi siyasətçilərin ordunu ölkədəki siyasi böhranın həllinə cəlb etmək təşəbbüslərini təxribat kimi qiymətləndirib. Hazırda Ukrayna prezidenti Viktor Yanukoviç xəstəliyi ilə əlaqədar məzuniyyətə çıxıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib