Bərdədə transformatorun partlaması nəticəsində GÜCLÜ YANĞIN BAŞ VERİB
Bərdənin Lək kəndində elektrik transformatorunun partlaması nəticəsində güclü yanğın baş verib. Transformatora birləşən yüksəkgərginlikli elektrik xətləri qırılaraq kənd sakinlərindən birinin həyətyanı sahəsinə düşüb.
Bu da alovun sürətlə yayılmasına səbəb olub. Sakinlər yanğını söndürməyə çalışsalar da, havanın nisbətən küləkli olması alovu daha da gücləndirib.
Fövqəladə Hallar Nazirliyi Bərdə Dövlət Yanğın Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunduqdan sonra alovu söndürmək mümkün olub. Hadisə zamanı xəsarət alan olmayıb. Amma partlayış zamanı bir necə evdə elektriklə işləyən məişət avadanlıqları sıradan çıxıb.
Hadisəyə transformatordakı qısaqapanmanın səbəb olduğu ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR
17:21
1471
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1516
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1455
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1315
Niderlanda yeni səfir təyin edildi
18:28
1172
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2054