Bölgələrdə uşaq futbolunun problemləri
Bölgələrdə futbola marağı olan azyaşlıların və yeniyetmələrin bu sahəyə marağını artırmaq üçün əlverişli şərait yoxdur. Balaca idman həvəskarlarının futbolçu kimi formalaşması üçün ən xırda tələbatlar yerinə yetirilmir.
Bu balacalar hər cür çətinliyə rəğmən öz arzularını reallaşdırmaq üçün mübarizə aparırlar.
AFFA-nın dəstəyi ilə rayon mərkəzlərində fəaliyyət göstərən uşaq futbolu meydançalarına isə ucqar kəndlərdən gəlmək çətindir. İdman ustası, peşəkar futbolçu Elbrus Abbasovun sözlərinə görə, bu məsələ son vaxtlar AFFA-nın diqqət mərkəzindədir.
Elbrus Abbasov deyir ki, kəndlərdə yaşayan uşaqları axtarır, qayğılarını öyrənir və onların futbola cəlbi üçün tədbirlər görürlər.
Gələcəyini idmanın başqa sahələrində peşəkar səviyyədə qurmaq istəyən uşaqlar da var. Onlar da, nə vaxtsa xəyallarının gerçəkləşəcəyinə ümidlidir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib