Suriyada ŞƏKİDƏN OLAN AZƏRBAYCANLI ÖLDÜRÜLÜB
Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın xəbərinə görə, bu barədə Suriyada döyüşən silahlı qruplaşmalara məxsus saytlar məlumat yayıb. Məlumata görə, “Zübeyr Azəri” kimi təqdim olunan azərbaycanlı döyüşçü Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir. Mücahidlər öldürülən azərbaycanlının fotosunu da yayıblar. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1505
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1552
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1497
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1318
Niderlanda yeni səfir təyin edildi
18:28
1175
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2058