Ukraynada BAŞ NAZİR İSTEFA VERDİ
Ukraynada hakimiyyətə qarşı aksiyalarda fəallıq göstərən milliyyətçi-radikal birləşmələr ölkədə inqilab etmək məsuliyyətini öz üzərinə götürüb. Radikalların lideri Dmitri Yaroş bildirib ki, Ukraynada hakimiyyətə gəlmək üçün inqilabdan başqa yol qalmayıb: SİTAT: “Azadlığın, ədalətin və Ukrayna xalqının gələcəyi üçün bu yol labüddür. SİTATIN SONU.
"Trizub" təşkilatının rəhbəri müxalifət liderlərinin prezident Yanukoviçlə sövdələşmələrini də tənqid edib. Dmitri Yaroş bu görüşmələrin davam edəcəyi təqdirdə bütün məsuliyyəti boynuna çəkərək xalqı inqilaba çağıracağını bildirib. O, bunu yalnız vətənin gələcəyi üçün edəcəyini vurğulayıb.
Bu arada Ukraynanın baş naziri Nikolay Azarov istefa verib. İstefa barədə məlumat Nazirlər Kabinetinin saytında yerləşdirilib. Azarov bu addımını ölkədə qarşıdurmaların səngiməsinə töhfə vermək niyyəti ilə əsaslandırıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib