Suriyada Orxan adlı azərbaycanlı döyüşçü öldürülüb
Suriyada daha bir azərbaycanlı döyüşçü öldürülüb. APA-nın xəbərinə görə, bu barədə terrorçu birləşmələrə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlı “Azəri şəhid Orxan Rəhimullah” kimi təqdim olunub. Lakin onun soyadı və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Öldürülən azərbaycanlının fotosu da yayılıb. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1540
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1586
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1530
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1320
Niderlanda yeni səfir təyin edildi
18:28
1177
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2060