Azərbaycan Ordusunun zabiti ERMƏNİLƏRLƏ DÖYÜŞDƏ ŞƏHİD OLUB
Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin zabitinin şəhid olması barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, düşmənin cəbhə bölgəsində təxribatları davam edir. Yanvarın 27-də saat 12.30-da erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar. Nəticədə Silahlı Qüvvələrimizin zabiti, leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə leytenant Əzizov Səbuhi Rüstəm oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Şəhid zabitimizin silahdaşları and içiblər ki, leytenant Səbuhi Əzizovun xatirəsini həmişə uca tutacaq, onun intiqamını alaraq qanını yerdə qoymayacaqlar! Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir! Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
17:21
1556
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1602
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1545
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1320
Niderlanda yeni səfir təyin edildi
18:28
1178
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2060