Müğənni Məhəbbət Kazımov vəfat edib
Əməkdar artist Məhəbbət Kazımov dünyasını dəyişib. Uzun müddət ürək tac damar xəstəliyindən əziyyət çəkən sənətçi səhər saatlarında vəfat edib. Əsl adı Möhübbət olan sənətçi 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olan Məhəbbət Kazımov ilk muğam dərslərini Nəriman Əliyevdən alıb, daha sonra Ağaxan Abdullayevin sinfində oxuyub.
1976-cı ildən professional səhnədə çıxış edir. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Türkiyədə, Rusiyada,, İranda qastrol səfərlərində olub. 14 sentyabr 2012-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. 1990-cı ildə ailə həyatı qurub, üç övladı var.
OXŞAR XƏBƏRLƏR
17:21
1556
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1602
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1545
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1320
Niderlanda yeni səfir təyin edildi
18:28
1178
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2060