Moskvada bankomatları yaran erməni ələ keçdi!
Moskva polisi 30-a yaxın bankomatı yaran şəxsləri yaxalayıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Moskva sakini və 44 yaşlı erməni hadisə yerində həbs olunub. Onların ifşa olunmasında ərzaq dükanlarının birində çalışan qadın yaxından iştirak edib. O polisə məlumat verərək mağazaya bankomatın təmir olunması ilə bağlı 2 nəfər şəxsin gəldiyi və xüsusi alətlərlə onu söküb yerə qoyduqlarını deyib. Qadının sözlərinə görə, özlərini zədələnmiş və təmirə ehtiyacı olan bankomat aparatlarının düzəldilməsi firmasının nümayəndələri kimi təqdim edən şəxslər daha sonra avtomobilə əyləşərək gediblər. Satıcı həmin şəxslərin getdiyi maşının nömrəsini polisə çatdırıb. Araşdırma zamanı avtomobilin sahibinin əvvəllər məhkum olunduğu üzə çıxıb və polis dərhal əməliyyat qrupu yaradıb. Cinayətkarlar Borisovskiy küçəsində növbəti bankomatı yarmağa hazırlaşan zaman həbs olunublar.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib