Döyüş təyyarələrimiz hərəkətə keçdi, ERMƏNİLƏRİN HƏRBİ AVTOMOBİLİ SIRADAN ÇIXARILDI
Azərbaycan hərbçiləri düşmənin hərbi avtomobilini sıradan çıxarıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə cəbhənin Tovuz istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb.
Baş verən atışmada Azərbaycan Silahlı Qüvvələri ermənilərin avtomobilini sıradan çıxarıblar.
Qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. APA-nın məlumatına görə, vəziyyətlə əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkətə keçib. Hərbi Hava Qüvvələrinin təyyarələri cəbhə boyu uçuşlar həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Bu arada Müdafiə Nazirliyi hərbçi olmaq arzusunda olanlara çağırış edib. Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına müraciət edə bilərlər.
Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaları üçün müraciət etməmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib