Ali Məhkımədə bank krediti ilə bağlı proseslərin sayı artıb
"2013-cü ildə Ali Məhkəmədə baxılan mülki işlərin sayı artıb".
APA TV-nin xəbərinə görə, bunu Ali Məhkəmənin Plenum iclasında çıxış edən mülki kollegiyanın sədri Şəlalə Məmmədova deyib. Şəlalə Məmmədova ötən il birinci instansiya məhkəmələrinin çıxardığı qətnamə və qərarların Ali Məhkəmənin mülki kollegiyası tərəfindən ləğv edilməsinin sayında azalma müşahidə edildiyini deyib.
Daha sonra plenum iclasında Ali Məhkəmənin inzibati-iqtisad kollegiyasının sədri Hikmət Mirzəyev çıxış edib. O, 2013-cü ildə kollegiyaya 2074 işin daxil olduğunu bildirib. İclasda cinayət, hərbi kollegiyaların da sədləri çıxış edərək, ötən il ərzində görülmüş işlər barədə məlumat veriblər.
Qeyd olunub ki, ailə, mülkiyyət, əmək hüququna, torpaq, vergi, bank krediti məsələləri ilə bağlı baxılan işlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə qeyd olunub ki, vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı vəzifəli şəxslərin qanunla uzlaşmayan hərəkətlərinə dair inzibati işlərə baxılması 91, 8 faiz təşkil edib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib