Xaçmazda zəncirvari qəza
Xaçmazda 3 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Gəndob-Yalama yolunun 26-cı km-də qeydə alınıb. Xaçmaz şəhər sakini, 30 yaşlı Mahir Həsənovun idarə etdiyi “Hyundai” markalı avtomobil H.Z.Tağıyev küçəsindən əsas magistrala çıxarkən, Bakı istiqamətində hərəkət edən Xudat şəhər sakini, 32 yaşlı Renat Əzizova məxsus “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə idarəetməni itirən “Mercedes” markalı avtomobil yolun kənarında dayanan Quba rayonu, Nügədi kənd sakini, 34 yaşlı Ramin İsgəndərovun idarə etdiyi “VAZ - 21 012” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib. Qəzaya ilkin səbəb kimi “Hyundai” markalı avtomobilin yol hərəkəti qaydaları pozması göstərilir. APA TV-nin xəbərinə görə, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib