Lənkəranda xeyli SİLAH-SURSAT TAPILDI
Yanvarın 23-də səhər saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Lənkəran şəhər şöbəsinin əməkdaşları Xəzər dənizi sahilində, rayonun “Dəhnə” deyilən ərazisində xeyli silah-sursat tapıblar. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının, MTN-nin və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Əraziyə kənar adamların daxil olmasının qarşısını almaq məqsədilə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Aşkarlanmış silah-sursat 4 ədəd “TM-62” markalı tank əleyhinə minadan, 2 ədəd tank mərmisindən və 80 ədədə yaxın 7.62 millimetrlik “Kalaşnikov” markal avtomat gülləsindən ibarət olub.
Hər hansı təhlükənin qarşısını almaq məqsədi ilə 1 kilometrədək ərazidə yenidən axtarış tədbirləri həyata keçirilib.
Tapılmış silah-sursat xüsusu qaydalarla zərərsizləşdiriləcək.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib