"Tarixi-Nadir" tapıldı
Masallıda "Tarixi-Nadir" kitabı tapılıb. Bu barədə APA TV-nin Cənub bürosuna Masallı rayonunun Ərkivan qəsəbə məscidinin axundu Məşədi Həmid məlumat verib. Onun sözlərinə görə, yaşlı kənd sakinlərinin evindən tapdığı bu kitab elə həmin məşhur "Tarixi-Nadir" kitabıdır.
Axundun qənaətincə, kitab hicri qəməri tarixi ilə 1272-ci ildə yazılıb və çap edilib. Fars dilində, nəstəli xətlə yazıldığından oxunuşu olduqca çətindir. Məşədi Həmidin sözlərinə görə, kitab Nadir şahın həyatına həsr edilib. Kitabı sonadək oxuyan axund deyir ki, tarix dərslərində Nadir şahla bağlı faktların hamısı burada öz əksini tapıb.
Məşədi Həmidin ən böyük arzusu bu kitabı Azərbaycan dilində çap etdirib, geniş oxucu kütləsinə çatdırmaqdır.
OXŞAR XƏBƏRLƏR
17:21
1591
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1638
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1578
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1329
Niderlanda yeni səfir təyin edildi
18:28
1185
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2064