Mağazaları qarət edənlər yaxalandı
Abşeron polisi mağazadan oğurluq edən şəxsləri saxlayıb. Masazır qəsəbə sakini Famil İsmayılov həyətyanı sahəsindəki mağazadan naməlum şəxslərin oğurluq etməsi ilə bağlı polisə məlumat verib. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində sözügedən mağazadan 115 manat dəyərində danışıq kartları və 28 manat pulu oğurlayan şəxslər müəyyən edilərək saxlanılıb. Məlum olub ki, oğurluq hadisəsini 1994-cü il təvəllüdlü Rəhimov Mülkədar Ələkbər oğlu və 1996-cı il təvəllüdlü Heydərov İbiş Bəhlul oğlu törədib.
APA TV-nin xəbərinə görə, ilkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini boyunlarına alıblar. Həmçinin, məlum olub ki, bu onların ilk oğurluq əməli deyil. Saxlanılan şəxslər bundan əvvəl də Masazır qəsəbəsindəki "Tural Market"i və bir avtomobili qarət ediblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib