Yaşlı qadınların kabusu - REAL GÖRÜNTÜ
Sank-Peterburq polisi aralarında 7 yaşlı uşağın da olduğu cinayətkar dəstənin üzvlərini axtarır. Onlar təqaüdçülərə fiziki zor tətbiq edərək pullarını mənimsəməkdə təqsirli bilinirlər. Bir neçə təqaüdçünün bu və ya digər formada fiziki, psixoloji, maddi və mənəvi təzyiqə məruz qalması şəhər polisini bu işlə ciddi məşğul olmağa vadar edib. Onların bir cinayət əməli müşahidə kameralarına düşüb. Bütün polis məntəqələrinə bu şəxslərin şəkilləri paylanılıb. Görüntudə əvvəl uşağın qocalara yaxınlaşdığı , gözü arxada qaldığı görünür..
APA TV-nin xəbərinə görə, uşağın etdiyi işarədən sonra dəstənin digər üzvləri bir bir yaxınlaşırlar. Qocaları döyüb istədiklərini alandan sonra isə hadisə yerindən qaçırlar.
Bu görüntüləri də Sank Peterburq polisi yayıb. 2 yaşlı qadın dəhlizə daxil olur. Sonra isə bu hadisələr baş verir.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib