Lənkəran sakininin evi yandı
Lənkəran rayonunda fərdi yaşayış evində yanğın hadisəsi olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Şürük kənd sakini, 1934-cü il təvəllüdlü Kinəvəs Xəlil qızı Hüseynovaya məxsus iki mərtəbəli evdə qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin, alov dalğasının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, 110 kvadratmetrlik evin 30 kvadratmetrlik sahəsi içindəki məişət əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib