ERMƏNİ KƏŞFIYYAT-DİVERSİYA QRUPU TƏMAS XƏTTİNİ KEÇMƏYƏ CƏHD EDİB
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən APA TV-yə məlumata görə, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 50 dəfə pozublar. Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində Xocavənd rayonunun şərqindən qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.
Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli, Ağdam, Tərtər, Xocavənd, Goranboy rayonunun yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri intensiv olaraq atəşə tutulub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
Son günlər cəbhədə baş verən gərginlik fonunda Ermənistan KİV-də verilən məlumatlarla bəzi yerli ekspertlərimizin səsləndirdikləri fikirlərin üst-üstə düşməsi təəssüf hissi doğurur.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı