Milli Ordunun əsgəri özünü güllələdi
Azərbaycan ordusunun hərbi qulluqçusu özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Xaqani Manaf oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəşlə yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
APA TV-nin xəbərinə görə, Xaqani Hüseynov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1623
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1671
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1610
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1330
Niderlanda yeni səfir təyin edildi
18:28
1186
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2066