Bakıda 73 yaşlı QADININ MEYİTİ TAPILDI
Nəsimi rayonunda, 9 mərtəbəli evdə 73 yaşlı qadın meyiti tapılıb. Hadisə, 2-ci mikrorayonda, Hüseynbala Əliyev 21 ünvanında baş verib. Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, 112 xidmətinə həmin ünvanda bağlı qapı arxasında yaşlı qadının qaldığı barədə məlumat daxil olub. Məlumata əsasən hadisə yerinə çatan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları mənzilə daxil olublar.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Mahir Quliyev deyib ki, xilasetmə alət və avadanlıqlarının köməyi ilə qapı açılıb: "Yuxarıdan düşərək 9-cu mərtəbəyə daxil olduq. Məlum oldu ki, 1941-ci il təvəllüdlü yaşlı bir qadın yatdığı yerdə vəfat edib".
Meyiti tapılan Rəfiqə Rüstəmovanın xəstə olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
17:21
1623
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1671
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1610
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1330
Niderlanda yeni səfir təyin edildi
18:28
1186
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2066