Rusiyada azərbaycanlılardan ibarət dəstə zərərsizləşdirildi
Rusiya Narkotik Vasitələrin Dövriyyəsinə Nəzarət Xidmətinin əməkdaşları Vladivostokda külli miqdarda heroin satmağa cəhd edən 4 azərbaycanlıdan ibarət mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdiriblər. APA TV-nin məlumatına görə, dəstə rəhbəri haqqında axtarış elan edilib. Araşdırma zamanı məlum olub ki, qrupun lideri tanışlarını Primoryedə heroin satışını təşkil etməyə cəlb edib. Həmin şəxslər Vladivostoka gəliblər, onları işi xaricdən idarə olunub. Təşkilatçı şəxs isə prosesə telefonla nəzarət edirmiş. Narkotacirlər narkotikləri gizli yerlərdən götürüb, Vladivostokda kirayə götürdükləri evdə heroini polimer torbalara doldurublar. Daha sonra narkotik maddə Vladivostokun müxtəlif yerlərində müştərilərə satılıb.
Banda üzvləri mütəşəkkil cinayətkar dəstənin tərkibində narkotik vasitənin satışı, cinayət yolu ilə əldə edilmiş pul vasitələrinin leqallaşdırılması maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.
Həmin şəxsləri 20 ilə qədər azadlıqdan məhrumetmə və 1 milyon rubl cərimə gözləyir. Cinayət işi artıq məhkəməyə göndərilib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib