Milli Ordunun əsgəri ÖZÜNÜ GÜLLƏLƏYİB
Azərbaycanda əsgər özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Röyal Ramiz oğlu Hüseynov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, R. Hüseynov 2013-cü ilin oktyabrında Gəncə şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1624
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
1672
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1611
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
18:30
1330
Niderlanda yeni səfir təyin edildi
18:28
1186
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
2066