Erməni GƏNCLƏRİN ABŞ SƏRGÜZƏŞTLƏRİ
ABŞ-ın Santa Monika şəhərində polis 5 erməni əsilli gənci həbs edib. Onlar 2 nəfəri bıcaqlamaqda və kütləvi dava-dalaşda iştraka görə saxlanılıblar. Tutulanların arasında 21 yaşlı qızın da kütləvi davada iştrak etdiyi müəyyənləşib. Həmin insident axşam saatlarında balıqçıların sahildə yığışdığı ərazidə baş verib. İstirahətdən gələn erməni gənclər 2 balıqçıya söz atdıqdan sonra mübahisə yaranıb. Hər ikisi balıqçını bıçaqlayan gənclər hadisə yerindən qaçıblar. Araika Obayan, Aleks Akopa, Qevork Baqdasaryan, 21 yaşlı Aqavni Manukyan və adı açıqlanmayan 16 yaşlı yeniyetmənin yerini müəyyən etmək çətin olmayıb.
APA TV-nin xəbərinə görə, onlar barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb. İndi istintaq müddəti başa çatana kimi azadlıqda qalmaları üçün gənclərin ailələləri zaminə buraxılmalarına görə onların hər biri üçün 1 milyon dollar təzminat ödəməlidirlər.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib