PKK Türkiyə hökumətinə vaxt verdi
PKK terror təşkilatının lideri Abdulla Öcalan ciddi tədbirlər görməsi üçün AKP hökumətinə seçkilərin sonuna qədər vaxt verib. Martda keçiriləcək bələdiyyə seçkilərindən sonra hökumət kürd məsələsi ilə bağlı ciddi addımlar atmalıdır. Bunu KONGRE-GEL terror təşkilatının başçısı və keçmiş millət vəkili Rəmzi Qartal Şimali İraqda kürdcə yayılan "Havlati" qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, AKP qazanc üzərinə qurulan ticari siyasət həyata keçirir. Sitat, "AKP hər şeyə iqtisadi qazanc kimi baxır. İraq Kürdistan hökuməti ilə də bu cür əlaqə qurub. Biz kürd idarəçiliyinin bu həqiqəti görməsinə ümid edirik".
Rəmzi Qartal İraqdakı Yerli Kürd Hökumətinin Suriya və Türkiyədəki kürd məsələsi ilə bağlı AKP-nin İraqdakı bir qolu kimi çıxış etdiyini də qeyd edib.
Abdulla Öcalan 1999-cu ildən İmralı adasında yerləşən həbsxanada məhkumdur.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib