"QANUNİ OĞRU"LARIN TOPLANTISINA BASQIN: 50 nəfər tutuldu
Moskva polisi paytaxtın şimal qərbində bir qrup "qanuni oğru"nu zərərsizləşdirib. Əməliyyatçılar kriminal aləmin bir neçə nümayəndəsinin Şimal-Qərb inzibati dairəsindəki restoranlardan birində görüşəcəyi barədə məlumat əldə edib. Yığıncaqda "çapıqlı Kostya" ləqəbli 42 yaşlı Konstantin Vasiliyev, o cümlədən Vladimirsk vilayətinin kriminal strukturları də iştirak edib. Görüşdə onların cavabdeh olduğu sahələrlə bağlı müzakirələrin paarılması planlaşdırılıb. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əməliyyat zamanı təxminən 50-yə yaxın şəxs saxlanılıb.
Əməliyyat zamanı Moskva və Vladimirsk polisinə Daxili İşlər Nazirliyi Çevik Polis Alayı da dəstək verib. Saxlanılan bütün şəxslər onların digər cinayətlərdə iştirakının olub-olmamasını müəyyənləşdirmə üçün polis bölmələrinə aparılıblar.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib