ABŞ-dan Yanukoviçə tələb: "Hakimiyyəti təhvil ver"
"ABŞ Yanukoviçi sanksiyalarla hədələyir və hakimiyyəti tez bir zamanda təhvil verməyi tələb edir. Rəsmi Vaşinqton Kiyevdə baş verən iğtişaşlarda hakimiyyəti günahlandırır, xüsusi təyinatlı qoşun birləşmələrini dərhal geri çəkməyə çağırır".
Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilir. Bəyanat Ukraynada dinc aksiyaçılara qarşı güc tətbiq olunmasına etiraz olaraq yayılıb.
Bu arada prezident Viktor Yanukoviç təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andrey Klyuyevə prezident Administrasiyasının və hökumətin üzvləri ilə birgə ölkədə siyasi vəziyyətin stabilləşdirilməsi üçün işçi qrupu yaratmağı tapşırıb. Bu barədə Yanukoviçin mətbuat xidməti məlumat yayıb. Dövlət başçısı işçi qrupunun üzvlərinə müxalifət liderləri ilə görüş keçirmək barədə də göstəriş verib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib