Gəncədə bazara girən DANA AVTOMOBİLLƏRİ ƏZDİ
Gəncədə maşın bazarına girən dana bir neçə avtomobili əzib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, şəhərin Üzeyr Hacıbəyov küçəsində yerləşən maşın bazarında gözlənilməz hadisə baş verib. Bir an içində içəri girən iribuynuzlu heyvan bazarda o tərəf bu tərəfə qaçaraq vətəndaşlara və avtomobillərə hücum çəkib. Nəticədə bir neçə avtomobilə müxtəlif dərəcəli ziyan dəyib. Bazara gələn polis əməkdaşları tez bir zamanda heyvanı zərərsizləşdirə biliblər. Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, dana Gəncə şəhər sakini Elnur Mövlayevə məxsus olub. O, heyvanı bazardan alıb və Ruzigar Qasımov küçəsindəki ət satışı məntəqəsinə aparırmış. Polis İdarəsindən verilən məlumata görə hadisə ilə bağlı araşdırma aparılır. İndiyədək bir avtomobil sahibi maşının əzildiyi barədə polisə şikayət edib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib