Olimpiada Soçi-Tbilisi aviareysinin açılmasına səbəb oldu
Soçidə keçiriləcək Qış Olimpiya Oyunları səbəbi ilə Tbilisi-Soçi aviaxətti bərpa olunacaq. APATV-nin məlumatına görə, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək. İlk reys fevralın 4-də oyunların başlamasına 3 gün qalmış baş tutacaq.
İlk sərnişinlər arasında Milli Olimpiya Komitəsinin katibi və media nümayəndələri olacaq. Gürcü nümayəndə heyətinin əsas hissəsi isə bu kurort şəhərinə fevralın 6-da gələcək.
Uçuş təxminən bir saat sürəcək və biletin qiyməti 159 avro olacaq. Daşıyıcı şirkət uçuşun rentabelli olacağına şübhə etmir. Təyyarələrin uçuşu olimpiya oyunlarından sonra da davam edəcək.
Rusiya və Gürcüstan arasında daimi hava nəqliyyatı 2008-ci ilin avqust hadisələrindən sonra bağlanıb. İlk reys yalnız bir neçə il sonra Tbilisi-Moskva xətti üzrə bərpa edilib.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib