Əfqanıstanda BMT-nin ƏMƏKDAŞLARI ÖLDÜRÜLDÜ
Əfqanıstanın paytaxtı Kabildə daha çox əcnəbilərin getdiyi məşhur restoranların birində güclü partlayış baş verib. Kamikadzenin özünü partlatması nəticəsində 16 nəfərin həlak olduğu, onlarla adamın yaralandığı bildirilir. «
APA TV-nin xəbərinə görə, ölənlərin əksəriyyəti əcnəbidir. Kabil şəhərinin polis rəisi Məhəmməd Zahir terrorçuların öldürüldüyünü bildirib. Həmin rayonda bir sıra xarici təşkilatlar, eləcə də Kanada, Norveç və Tacikistanın səfirliyi yerləşir.
Həlak olanlar və yaralananlar haqda dəqiq məlumat yayılmayıb. Partlayışın məsuliyyətini Taliban hərəkatı üzərinə götürüb. Yaraqlıların təmsilçisi bildirib ki, basqının hədəfində xarici məmurlar olub.
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib